“Tbilisinin meri Kaxa Kaladze Əbu-Dabidədir və yaranmış gərgin vəziyyət səbəbindən hələlik Gürcüstana qayıda bilmir”. Referans Media bildirir ki, bu barədə Tbilisi merinin mətbuat xidməti məlumat verib.
“Şənbə və bazar günləri Tbilisinin meri Əbu-Dabidə olub. O, doğum gününü qeyd etmək üçün ailəsi ilə birlikdə BƏƏ-yə yollanıb”, – açıqlamada bildirilir.
Məlumata görə, İranın Əbu-Dabiyə hücumları səbəbindən meri Gürcüstana qayıtması çətinləşib.
