TƏBİB yanğında zəhərlənənlərlə bağlı açıqlama yaydı

  25.08.2025-ci il tarixində saat 15:00 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.Referans xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2 qadın, 1 kişi) stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində yardım göstərilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki