TƏCİLİ! AZƏRBAYCANDA bu məhsulların AZALACAĞI BİLDİRİLİR

Məlum olduğu kimi bir çox  kənd təsərrüfatı məhsullarının qiyməti o qədər alıcıları qane etmir.  Üstəlik də Azərbaycanda bir müddətdir iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılmaqdadır. 

Ümumilikdə isə ölkəmizdə kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlığın olub-olmayacağı  sual altına düşür.

Bununla yanaşı dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər də  görülür. Kənd Təsərrüfatı Nazirliyi ixrac sertifikatlarının təşviq edilməsi yolu ilə məhsul təchizatını gücləndirməyi hədəfləyir.  Çıxışlarından birində  Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu tədbirlər ərzaq təhlükəsizliyini təmin etməyə kömək edəcək. 

2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qıtlığı ola bilərmi? Bu və ya digər suallarla ətrafında iqtisadçı Emin Qəribli Referans-a açıqlamasında deyib ki, bu məsələdə ilk növbədə istiqraz sertifikatlarının alınması vacibdir. Dövlət tərəfindən beynəlxalq ixrac sertifikatlarının alınması təşviq olunur ki, bu da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını genişləndirir.

Ekspert onu da vurğulayıb ki, daha bir mühüm məqam isə ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bu istiqamətdə görülən tədbirlərin əsas məqsədi ölkə daxilində ərzaq təhlükəsizliyini təmin etməkdir.

Müsahibimiz həmçinin bildirib ki, 2026-cı ildə Azərbaycanda yeyinti məhsulları baxımından ciddi qıtlıq olması ehtimalı azdır.  Amma ölkəmizdə istehsal artımının davamlılığına, iqlim və investisiya şərtlərinə bağlı olaraq müəyyən təhlil edilmiş risklər mövcuddur.

“Dövlət və fermerlər bu riskləri minimuma endirmək üçün mütləq şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ciddi addımlar atılmalıdır”, – deyə ekspert əlavə edib.

Bünyamin Bünyadzadə 

Referans 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki