Ermənistanda seçki rüşvətxorluğu və xeyriyyə fəaliyyətinə qoyulan qadağanın pozulması ilə bağlı istintaq çərçivəsində 21 nəfər həbs edilib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işlərini araşdırır. Saxlanılanlardan 13-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Həbslər son iki gün ərzində həyata keçirilib./Globalinfo.az
