Türkiyənin Balıkəsir vilayətində növbəti yeraltı təkanlar qeydə alınıb. Hadisə barədə ölkənin rəsmi qurumları məlumat yayıb.
Referans Media xəbər verir ki, zəlzələ Balıkəsir vilayətinin Sındırqı rayonunda baş verib. Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı rəsmi məlumata əsasən, səhər saat 04:44-də qeydə alınan yeraltı təkanların gücü 3,5 bal olub.
AFAD zəlzələnin ocağının yerin 10,17 kilometr dərinliyində yerləşdiyini bildirib. Səhər saatlarında baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub.
