image-qezz01backend

TƏCİLİ: Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı rəsmi açıqlama

2025-ci ilin noyabrında Azərbaycandan havaya qalxan və Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı istintaqın nəticələri açıqlanıb.

Referans Media  xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq təyyarəyə heç bir kənar müdaxilənin aşkarlanmadığını bildirib. Məlumata görə, təyyarənin qalıqları üzərində heç bir partlayıcı izinə rast gəlinməyib.

Proses Gürcüstanla əməkdaşlıq formatında yürüdülüb və C-130-un qalıqları Türkiyəyə aparılıb. Burada beynəlxalq standartlara uyğun araşdırmanın nəticəsi ilə bağlı rəsmi hesabat hazırlanacaq.

Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək sözügedən təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki