TƏCİLİ! Sabahdan hava KƏSKİN DƏYİŞİR – XƏBƏRDARLIQ

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Referans Media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğun artacağı ehtimalı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki