Tedesko Almaniyanı qarışdırdı: İddia və təkzib bir-birini izlədi

"Fənərbaxça"dan ayrıldıqdan sonra Almaniyaya qayıdan Domeniko Tedesko ilə bağlı Avropa mətbuatında ziddiyyətli xəbərlər yayılıb. İtaliyalı baş məşqçinin gələcək karyerası yenidən gündəmə gəlib.

Referans Media xəbər verir ki, Almaniya mətbuatında yayılan iddialara görə, "Borussiya Mönhenqladbax" klubunun Tedesko ilə maraqlandığı və onu komandanın başına gətirmək üçün hərəkətə keçdiyi bildirilib. Hətta tərəflər arasında ilkin təmasların olduğu və mümkün təklifin müzakirə edildiyi iddia olunub.

Lakin qısa müddət sonra Almaniyanın nüfuzlu idman mənbələrindən "Sky" bu xəbərləri təkzib edib. Məlumata görə, "Borussiya Mönhenqladbax" ilə Domeniko Tedesko arasında heç bir rəsmi görüş və ya danışıqlar aparılmayıb.

Beləliklə, Tedesko ətrafında yaranan transfer iddiaları qarışıqlığa səbəb olub və onun növbəti ünvanı hələlik qeyri-müəyyən olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki