Tədris mərkəzinin rəhbəri qəzada öldü

  Oktyabrın 4-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü ölüb.

Referans “Unikal”a istinadən bildirir ki, qəzada həyatını itirən “BMW”-nin sürücüsü, 35 yaşlı Rüfət Quliyev Bakıda fəaliyyət göstərən tədris mərkəzlərindən birinin rəhbəri olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki