Təhlükəli virus yayıldı – Bu heyvandan insanlara keçir

  Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən edilən açıqlamada, paytaxt Abuca ilə yanaşı, digər 21 ştatda da Lassa qızdırması hallarının artmaqda davam etdiyi bildirilib.

Referans.az  xəbər verir ki, 25-31 avqust tarixləri arasında ölkədə 10 yeni Lassa hadisəsi qeydə alınıb, bununla da 1-31 avqust tarixləri arasında Lassaya yoluxma sayı 871-ə yüksəlib. Keçən il isə ölkə üzrə Lassa virusundan 190 nəfər dünyasını dəyişib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib. Marqarita pizza

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Siçan nəcisi ilə təmas zamanı keçən xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki