image-tehran-bom4backend

Tehran bombalandı – VİDEO

İsrail və ABŞ hava qüvvələri Tehranın şimal, qərb və mərkəzi rayonlarını bombalayıb.

Referans Media xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Xəbərə görə, Tehransar biznes rayonu (şəhərin qərb hissəsində, Mehrabad hava limanı yaxınlığında yerləşir), eləcə də şimalda Noboniad rayonu və mərkəzdə Mofattah rayonu zərbələrə məruz qalıb. Hələlik itki barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki