Tehran qərarını verdi: aprelin 12-dək…

İranın hava məkanı aprelin 12-dək bağlı qalacaq.

Referans Media xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“İran üzərindəki səma uçuşlar üçün təxminən aprelin 12-dək bağlı olacaq. Bu qərar ölkənin aviasiya rəhbərliyi tərəfindən qəbul edilib”, – deyə bildirilib.

Məlumata görə, tətbiq olunan qadağa çərçivəsində yalnız dövlət, hərbi və sanitar aviasiya uçuşları, habelə axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəsinin xüsusi icazəsi ilə həyata keçirilən reyslər istisna təşkil edə bilər.

Qeyd edək ki, İranın hava məkanı fevralın 28-i ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki