Tehrandan açıq HƏDƏ: Müharibə daha böyük MİQYAS alacaq

“Əgər düşmən (ABŞ – red.) səhv hesablama apararsa və axmaqcasına hərəkət edərsə, ona dərhal cavab veriləcək”.

Referans Media  IRIB-ə istinadla xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib.

“Tramp əməliyyat keçirə biləcəyini, sonra tvit atacağını düşünürs, səhv edir. Müharibənin miqyası, şübhəsiz, sionist rejimdən (İsrail – red.) Amerika bazalarının olduğu ölkələrə qədər genişlənəcək.

Mümkün düşmən hücumu ilə bağlı lazımi planlar hazırlanıb və gərəkli əmrlər verilib. Müxtəlif ssenariləri üçün uyğun və mütənasib cavabımız olacaq”, – deyə Əkrəminiya vurğulayıb./”Yeni Sabah”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki