Tehrandan mesaj: İran yeni ballistik raketlə gücünü göstərdi

İran rəsmi olaraq uçuş məsafəsi 2 000 kilometrədək olan “Xorrəmşəhr” ballistik raketini nümayiş etdirib.

Referans Media  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumatda bildirilir ki, raket maye yanacaqla işləyir və 1 500 kiloqrama qədər döyüş başlığı daşıyır.

Bu göstərici onu İranın silah arsenalındakı ən ağır döyüş başlığına malik ballistik raketə çevirir.

Raketin trayektoriyanın orta mərhələsində hədəflənmə sisteminə malik olduğu da bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki