Telefonlar eyni anda zəng çaldı – Türkiyədə milyonlar panikaya düşdü!

Türkiyədə milyonlarla insanın mobil telefonuna göndərilən zəlzələ bildirişi qısa müddət ərzində panikaya səbəb olub.

Referans Media xəbər verir ki, telefonlarındakı mesajı açan istifadəçilər, xəbərdarlığın İsrail üçün verildiyini və gözlənilən zəlzələnin 7 olduğunu görərək böyük təəccüb yaşayıblar.

Bildirişin ekran görüntüləri sosial mediada sürətlə yayıldı. Çoxsaylı istifadəçilər yaşadıqları qorxu və təşvişi paylaşımlarla ifadə ediblər.

Hələlik rəsmi açıqlamada bildirişin hansı tətbiq və ya erkən xəbərdarlıq sistemi vasitəsilə göndərildiyi açıqlanmayıb.

İstifadəçilər mesajı açdıqda qısa müddətli təşviş və qorxu yaşayıblar.

Sosial mediada insanlar bu xəbərdarlığın Türkiyə üçün deyil, İsrail üçün olduğunu qeyd edib, mesajın niyə insanlara göndərildiyini soruşublar.

Hadisə, zəlzələ erkən xəbərdarlıq sistemlərinin texniki işləyişi və əhatə sahəsi barədə suallar doğurub.

Bu hadisə, texnologiyanın gündəlik həyatımıza nə qədər inteqrasiya olduğunu və ani kütləvi xəbərdarlıqların təsirini bir daha göstərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki