Televiziya verilişlərinə sərt nəzarət gəlir

Türkiyədə gündüz efiri proqramları ilə bağlı yeni tənzimləmə hazırlanır.

Referans Media xəbər verir ki, 12-ci Məhkəmə Paketi çərçivəsində televiziya kanallarında yayımlanan gündüz kuşağı proqramlarına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Məlumata görə, hazırlanan yeni qaydalar çərçivəsində bu tip verilişlərin məzmunu, istifadə olunan dil və yayım formatı ilə bağlı daha sərt tələblərin tətbiqi planlaşdırılır.

Rəsmi mənbələr bəzi gündüz proqramlarında “məhkəmə xarakterli” məzmunların yer aldığını və bunun ictimai narahatlıq yaratdığını bildirirlər. Bu səbəbdən yayımların daha ciddi nəzarət mexanizmi ilə tənzimlənməsi gündəmdədir.

Qeyd olunur ki, yeni çərçivə qəbul olunacağı halda televiziya proqramlarında etik qaydalar və yayım prinsipləri ilə bağlı daha konkret məhdudiyyətlər tətbiq edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki