Ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 60-a çatıb

Pakistanın Karaçi şəhərində yerləşən ticarət mərkəzində 17 yanvar tarixində baş verən yanğın nəticəsində həyatını itirənlərin sayı 60-a yüksəlib.

Referans Media xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, yanğından sonra əraziyə cəlb olunan aidiyyəti qurumlar dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.

Xilasedicilərin ticarət mərkəzindəki mağazalardan birindən təxminən 30 cəsəd çıxarmasından sonra ölənlərin ümumi sayının 60-a çatdığı bildirilib.

Şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün cənazələr morqa göndərilib, onlarla şəxsdən isə hələ də xəbər alınmadığı qeyd olunub.

Xatırladaq ki, Karaçidəki ticarət mərkəzində 17 yanvar tarixində yanğın baş vermişdi.

Yanğın nəticəsində bir hissəsi uçan ticarət mərkəzi və plazanın yerləşdiyi kompleksin təxminən 8 min kvadratmetr ərazini əhatə etdiyi və burada 1200 mağazanın fəaliyyət göstərdiyi bildirilmişdi.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki