Sabirabadda ticarət mərkəzində güclü yanğın – VİDEO

  Sabirabadda mərkəzi bazar ərazisində yanğın baş verib.

Referans Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində bəzi tikililər tamamilə yanıb.  

 ***

Sabirabadda ticarət obyektində yanğın olub.

Referans APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən obyektdə qeydə alınıb.

Yanğın FHN-in Sabirabad yanğından mühafizə xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki