İngiltərə Premyer Liqasının 37-ci turunda "Çelsi" öz meydanında "Tottenhem Hotspur" klubunu 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Tottenhem”in elitada qalmaq uğrunda mübarizəsi son tura qalıb.
Referans Media xəbər verir ki, Londondakı “Stemford Bric” stadionunda keçirilən oyunda ev sahiblərinin qollarını 18-ci dəqiqədə Enzo Fernandez və 66-cı dəqiqədə Andrey Santos vurublar. “Tottenhem”in yeganə qoluna isə 74-cü dəqiqədə Riçardson imza atıb.
“Tottenhem”i aşağı liqa təhlükəsi gözləyir
Bu qələbə ilə “Çelsi” xalını 52-yə yüksəldib. 38 xalla təhlükəli zonada qalan “Tottenhem” isə son turda öz meydanında Everton ilə qarşılaşacaq.
Komandanın Premyer Liqada qalması üçün həmin oyunda ən azı 1 xal qazanması kifayət edəcək. Əgər “Tottenhem” məğlub olar və eyni zamanda "Vest Hem Yunayted" qalib gələrsə, London təmsilçisi aşağı liqaya düşəcək.
Baş məşqçi Roberto De Zerbi rəhbərliyində çıxış edən komanda üçün son turun həlledici olacağı bildirilir.
