Tovuzda yaşlı qadını maşın vurdu – VİDEO

  Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb. “Volkswagen” markalı avtomobil rayon sakini, 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ziba Ağayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki