Tovuzda yol qəzası olub - Ölən var - FOTO

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub.

"Lada" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü İsmət Nağıyev hadisə yerində vəfat edib. O, Vətən müharibəsi iştirakçısı olub.

Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Medial
Medial
Medial
Medial

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki