Tramp 38 illik müqaviləni ləğv edəcək 

ABŞ Prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır.

Referans xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, bu, MQ-9 “Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.

Qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox “Reaper” PUA-sı satmaq planlaşdırır. Krallıq bu dronları 2025-ci ilin yazında tələb etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki