Tramp ABŞ-ı YUNESKO-dan çıxardıbackend

Tramp ABŞ-ı YUNESKO-dan çıxardı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxması barədə qərar qəbul edib.

Referans xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Tramp ABŞ-ı amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə siyasətləri ilə tamamilə ziddiyyət təşkil edən bölücü mədəni və sosial məqsədləri dəstəkləyən YUNESKO-dan çıxarmaq qərarına gəlib”, – Ağ Evin sözçüsü Enn Kelli bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyasındakı rəsmilər YUNESKO-nun “müxtəliflik, bərabərlik və inklüzivlik” (DEI) və onun “Fələstin və Çin tərəfdarı qərəzliyi” təşviq etmək səylərinə etiraz ediblər.

Qeyd edək ki, Tramp mayın 2-də 2026-cı maliyyə ili büdcə təklifində BMT-nin sülhməramlı əməliyyatlarının maliyyələşdirilməsini tamamilə dayandırmağı təklif edərək, onları ABŞ üçün səmərəsiz və ədalətsiz dərəcədə bahalı adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki