ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin hakimiyyəti Tayvana hücum etməyəcək, çünki Pekin bunun mümkün nəticələrini yaxşı anlayır.
Referans.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Tramp deyib: “Çin lideri Si Cinpin bunu çox yaxşı anlayır”.
Trampın sözlərinə görə, Çin lideri müsahibə zamanı Tayvan məsələsini qaldırmayıb.
Jurnalistin “Status-kvo pozularsa, ABŞ hansı addımları atacaq?” sualına cavab olaraq Tramp bildirib ki, o, planlarını açıqlamaq niyyətində deyil.
Prezident əlavə edib ki, Çin mümkün addımlarının nəticələrini yaxşı dərk edir.
