ABŞ Rusiya ilə birlikdə nüvə silahlarını daha da azaltmağa, eləcə də Çini bu prosesə cəlb etməyə çalışır. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə etmək üçün Alyaskaya son səfəri çox uğurlu olub: “Biz nüvə silahlarının sayının məhdudlaşdırılmasından danışırıq və Çini də buna daxil edəcəyik. Ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin isə üçüncüdür”.
D.Trampın proqnozuna görə, Çin beş ildən sonra strateji nüvə başlıqlarının sayına görə ABŞ-yə bərabər olacaq.//Teleqraf
