ABŞ Prezidenti Donald Tramp Suriyada ABŞ-Suriya birgə patruluna edilən hücumun cavabsız qalmayacağını bildirib.
“Referans MEDİA” bildirir ki, O, Ağ Evdə keçirilən Milad qəbulunda çıxış edərək deyib: “Suriyada bu işi görən insanlara ciddi zərər dəyməsi qaçılmazdır. Onlar həmin şəxsi hədəf aldılar, amma nəticədə böyük zərər olacaq.”
Hadisə şənbə günü baş verib: silahlı şəxs ABŞ-Suriya birgə patruluna atəş açıb, nəticədə iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi həlak olub. Onların cəsədləri ABŞ helikopterləri vasitəsilə Dəməşqdən təxminən 250 km məsafədə yerləşən Əl-Tanf hərbi bazasına çatdırılıb.
