Tramp administrasiyası hərəkətə keçdi: TRIPP üzrə nümayəndələr Ermənistanda

ABŞ Dövlət Departamentinin İnfrastruktur və İnvestisiyalar üzrə Qlobal Tərəfdaşlıq Fondu adından fəaliyyət göstərən Amerikanın AECOM mühəndis-məsləhət şirkətinin əməkdaşları TRIPP layihəsi çərçivəsində ərazi araşdırmalarına başlamaq üçün Ermənistana səfər edib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüləcək işlərə texniki-iqtisadi əsaslandırmanın hazırlanması, həmçinin Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastruktur obyektlərinin tikintisi ilə bağlı təkliflərin işlənməsi daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki