Donald Trump administrasiyası İrana qarşı həyata keçirilən hücumların ABŞ üçün indiyədək təxminən 12 milyard dollara başa gəldiyini açıqlayıb.
Kevin Hassett CBS News-un “Face the Nation” proqramında bildirib ki, ABŞ-ın mövcud silah ehtiyatları kifayətdir və hazırda Konqresdən əlavə büdcə tələb etmək planlaşdırılmır.
Onun sözlərinə görə, İranın addımları ABŞ iqtisadiyyatına ciddi zərər verə bilməz, çünki ölkə hazırda böyük neft istehsalçılarından biridir.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisinə hərbi hücumlara başlayıb. İran isə buna cavab olaraq bölgədə ABŞ bazalarının yerləşdiyi bəzi ölkələrdə hədəflərə zərbələr endirib.
İran rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 1348 nəfər ölüb, 17 mindən çox insan yaralanıb.
