Tramp Avropaya çox çətin şərtlər qoydu 

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün Avropa İttifaqı (Aİ) qarşısında çox çətin şərtlər qoyub.

Referans bu barədə oxu.az-a istinadla xəbər verir.

Dünən Tramp “Truth Sosial” platformasında yazmışdı ki, əgər bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Bundan əlavə, o, Aİ-ni Çin mallarına kollektiv şəkildə 50-100% rüsum tətbiq etməyə çağırıb.

“Tramp və onun müşavirlərinə məlumdur ki, bu şərt demək olar ki, yerinə yetirilməyəcək”, – deyə qəzetin materialında bildirilir.

Nəşrin müəllifi xatırladır ki, Rusiyadan neftin iki ən böyük alıcısı ABŞ prezidentinin “heyran qaldığı” Macarıstan və Türkiyədir:

“Əksər digər Avropa ölkələri Rusiya yanacağının idxalını əhəmiyyətli dərəcədə azaldıblar. Lakin onların bəziləri Rusiyadan tədarük edilən qazdan asılıdırlar”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki