Tramp biletlərin qiymətinə ŞOK oldu: “Bunu almaram!”

“Dünya Kuboku oyunlarına biletlər bahadır, almayacam”.

Referans Media  xəbər ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, ABŞ və Paraqvay arasındakı oyun üçün biletlərin  qiyməti təxminən 1000 dollardır:

“Mən bu məbləğdən xəbərsiz idim. Əlbəttə ki, orada olmağı çox istərdim, amma açığı, deyilən pulu da verməzdim”.

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Oyunlar üç ölkənin – ABŞ, Kanada və Meksikanın stadionlarında keçiriləcək.

Biletlərin qiyməti 100 dollardan 6370 dollara qədər dəyişir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki