Trump diplomatik “ultimatum” verdi: İranla anlaşma yoxsa…

ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələlərdə diplomatik prosesi davam etdirdiyini və danışıqlar apardığını bildirib.

Referans Media xəbər verir ki, Oval Ofisdə keçirdiyi imza mərasimində Tramp, həm İran, həm də Rusiya-Ukrayna gündəmi ilə bağlı son vəziyyəti qiymətləndirib.

Tramp bildirib ki, İranla anlaşma əldə etmək istəyir: “Hazırda İranla görüşürük. Əgər anlaşa bilsək, bu çox yaxşı olar. Anlaşa bilməsək, ehtimal ki, pis nəticələr olacaq.”

Prezident həmçinin İranla danışıqların mənfı nəticələnəcəyi təqdirdə nələrin baş verə biləcəyini açıqlamayıb: “Bunu sizə demək ağılsızlıq olardı.”

Tramp Rusiya-Ukrayna sülh danışıqlarından da ümidli olduğunu vurğulayıb və görüşlərin yaxşı getdiyini qeyd edib: “Bəzən deyirəm ki, Ukrayna və Rusiya ilə işlər çox yaxşı gedir. Bunu ilk dəfə açıqlayıram. Hazırda yaxşı gedir və bəlkə yaxın vaxtlarda müsbət xəbərlər eşidəcəyik.”

Prezident həmçinin Rusiya Prezidenti Vladimir Putindən hər iki ölkədəki sərt soyuq hava şəraitini nəzərə alaraq “Ukraynaya bir həftəlik hücum etməməsi” yönündə xahiş etdiyini və Putinin bunu qəbul etdiyini də bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki