ABŞ prezidenti Donald Tramp, “Federal Ehtiyat Sisteminin yeni sədrini yəqin ki, gələn ilin əvvəlində elan edəcəyik” deyib.
Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasını keçirib. Mətbuat mənsublarına açıqlama verən Tramp, gələn ilin may ayında səlahiyyət müddəti bitəcək FED sədri Jerome Powell-i tənqid edib və faiz dərəcələrinin aşağı salınmasının lazım olduğunu bildirib. “Yəqin ki, biz gələn ilin əvvəlində yeni FED sədrini elan edəcəyik”, – deyə Tramp bildirib.
Tramp, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə 10 mümkün namizəd olduğunu bildirib. Xəzinədarlıq Naziri Scott Bessent və Ticarət Naziri Hovard Lutnik də daxil olmaqla bir çox şəxsin prosesə cəlb edildiyini deyib. “Düşünürəm ki, 10 nəfəri qiymətləndirdik və nəhayət, onlardan birini seçəcəyik”, – Tramp deyib.
