Tramp hədələdi: Əgər Əfqanıstan bazanı geri verməsə… 

Əgər Əfqanıstan hakimiyyəti “Baqram” hərbi bazasının ABŞ-ın nəzarətinə qaytarılmasına razılıq verməsə, Əfqanıstanı pis nəticələr gözləyir.

Referans xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Əgər Əfqanıstan “Baqram” aviabazasını onu inşa edənlərə – ABŞ-a geri qaytarmasa, pis bir şey baş verəcək”, – Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ hökuməti Əfqanıstandakı “Baqram” aviabazasına nəzarəti bərpa etməyə çalışır./Axar.az/  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki