Tramp hücumun başladığını ELAN ETDİ: “Bir neçə dəqiqə əvvəl vurduq!”

Bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

O bildirib ki, ABŞ donanması bir neçə dəqiqə əvvəl narkotiklərlə dolu bir gəmini atəşə tutub.

 Hələ ki hadisə ilə bağlı əlavə detallar açıqlamayıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın üç esminesi Venesuela sahillərinə yerləşib. Ağ Ev bunun “narkokartellərə qarşı əməliyyatlar” olduğunu bəyan edib. Venesuela Prezidenti Nikolas Maduro isə ölkəsinin son 100 ilin ən böyük hərbi təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb. Onun sözlərinə görə, ABŞ 1200 raketlər yüklənmiş gəmilərlə Venesualaya hücuma hazırlaşır./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki