ABŞ prezidenti Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında 18 noyabrda Ağ Evdə keçirilən görüşdə İsraillə bağlı gərginliyin yüksək olduğu bildirilir. Axios-un məlumatına görə, görüş Trampın vəliəhdi İbrahim Sazişlərinə qoşulması üçün təzyiq göstərməsindən sonra gərginləşib. İddialara görə, bin Salman Qəzza hücumları ilə bağlı Səudiyyə Ərəbistanında İsrailə qarşı ictimai reaksiya səbəbindən bunu edə bilməyəcəyini deyib.
Referans MEDİA xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşündə İsrail mövzusunun gündəmə gəlməsi müzakirənin qızışdığı və gərginliyin yarandığı iddia edilib.
Amerikanın “Axios” xəbər platforması iki ABŞ rəsmisinə və məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən yazıb ki, noyabrın 18-də Ağ Ev görüşündə Tramp və Bin Salman bu məsələni müzakirə etdikdən sonra Səudiyyə Ərəbistanının İbrahim razılaşmalarına qoşulması və İsraillə münasibətlərin normallaşması məsələsi qızışıb.
ABŞ prezidenti Tramp və vəliəhd şahzadə bin Salman arasında keçirilən görüşdə Qəzzada atəşkəs əldə edildikdən sonra Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində addımların atılmasının gözlənildiyi bildirilsə də, qapalı görüşün gərgin keçdiyi iddia edilib.
Məlumata görə, Tramp vəliəhd şahzadəni İbrahim Sazişlərinə qoşulmağa məcbur etdikdən sonra görüş gərginləşib və Bin Salman İsrailin Qəzzaya hücumlarına görə Səudiyyə Ərəbistanın bunu edə bilməyəcəyini bildirib.
Məlumata görə, ABŞ mənbələri Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmağa hazır olmadığını bildirib və mənbələrdən biri belə açıqlama verib: “Prezident (Tramp) həqiqətən də Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmasını istəyir. Tramp Salmanı inandırmaq üçün çox çalışdı. Bu, dürüst görüş idi. Amma Bin Salman güclü bir insandır. O, qətiyyətli qaldı”.
Bildirilib ki, Bin Salman İsraillə münasibətləri normallaşdırmaq müqabilində İsraildən Fələstin dövlətinin qurulması üçün tələblər irəli sürüb.
