Tramp İran hökumətini təhdid etdi: “Etirazçılara atəş açılarsa…”

“İran hökuməti etirazçılara atəş açarsa, ABŞ-ın onların köməyinə gələcək”. 

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Tramp İranın etirazçılara sərt müdaxiləsinin əvvəllər də olduğunu deyib:

“Əgər İran atəş açıb dinc etirazçıları vəhşicəsinə öldürərsə, ABŞ onların köməyinə gələcək. Təəssüf ki, İranın belə bir təcrübəsi var. Biz isə hərəkətə keçməyə tam hazırıq”. //globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki