ABŞ Prezidenti Donald Tramp bildirib ki, “İran yeni bir nüvə obyekti qurmağı düşünür”.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Amerika mətbuatına İranla bağlı açıqlama verib. Tramp bildirib ki, İran ABŞ ordusu tərəfindən vurulan nüvə obyektlərinə geri qayıda bilmir. Onun sözlərinə görə, “İran ölkənin başqa bir bölgəsində yeni bir nüvə obyekti qurmağı düşünür. Biz bunu öyrəndik və onlara dedim ki, ‘Əgər bunu etsəniz, çox ağır nəticələri olacaq’”.
