Tramp İrana ultimatum verdi: İkinci mərhələ çox travmatik olacaq!

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlara dair ciddi xəbərdarlıq edib.

Tramp deyib ki, İranla razılıq əldə edilməsə, qarşı tərəf üçün vəziyyət daha da ağırlaşacaq: “İranla razılıq əldə etməliyik, əks halda bu çox travmatik olacaq. Əgər arazılıq olmasa, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq.”

Ağ Evdə keçirilən mətbuat konfransında Tramp həmçinin İsrail Baş naziri Binyamin Netanyahu ilə danışıqları müzakirə etdiklərini, lakin son qərarın özünə aid olduğunu vurğulayıb: “Netanyahu vəziyyəti başa düşür, amma nəhayət qərar mənimdir.”

Tramp həmçinin mümkün razılaşmanın ABŞ üçün ədalətli və faydalı olmasının əsas olduğunu bildirib və əks halda tətbiq olunacaq ikinci mərhələyə diqqət çəkib. O, danışıqların müddətinə dair məhdudiyyət olmadığını, prosesin nəzarətinin tamamilə öz əlində olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki