ABŞ Prezidenti Donald Trump İranın mülki və enerji infrastrukturuna mümkün zərbələri təxirə sala bilər. Bu barədə “Axios” yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Referans Media xəbər verir ki, mənbənin sözlərinə görə, əgər prezident razılaşmanın əldə edilmək üzrə olduğunu görsə, zərbələri gecikdirə bilər: “Əgər prezident razılaşmanın formalaşdığını görsə, böyük ehtimalla gözləyəcək. Amma bu qərarı yalnız özü verir.”
Digər tərəfdən, adı açıqlanmayan Pentaqon rəsmisi İranla razılaşma üçün son müddətin yenidən uzadılması ehtimalına skeptik yanaşıb.
