Tramp azadlığa buraxılmış İsrailli məhbusları və onların ailələri ilə Ağ Evdə qəbul edib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə azadlığa buraxılmış İsrailli məhbusları və onların ailələri ilə görüşüb. ABŞ mediası Ağ Evdə keçirilən görüşdə ümumilikdə 26 məhbusun və onların ailələrinin iştirak etdiyini, bəzilərinin ötən ay atəşkəs razılaşmasından sonra, digərlərinin isə daha əvvəl azad edildiyini bildirib.
Prezident Tramp qapalı görüşdə İsrailli məhbusları və onların ailələri ilə görüşüb və ardınca Ağ Evin ABŞ-da yerləşən X şirkəti sosial media hesabında qısa video paylaşıb.
İştirakçılara müraciət edən Tramp azadlığa buraxılmış məhbusları “qəhrəman” adlandıraraq deyib: “Hamınızı sevirik və ölkəmiz sizi sevir. Siz gözəl insanlarsınız”.
HƏMAS atəşkəs başlayandan bəri sağ qalan 20 israilli məhbusu azad edib və ölən 28 məhbusdan 27-sinin cəsədini geri qaytarıb./AA/
Referans MEDİAXəqani Əzizli
