ABŞ Prezidenti Donald Trampın “Kubanı alma şərəfi mənim olacaq. Kubanı aldıqdan sonra onunla istədiyim hər şeyi edə biləcəyimi düşünürəm” açıqlaması beynəlxalq arenada böyük rezonans doğurub. Trampın bu sözləri həm Rusiya, həm də Çin tərəfindən kəskin reaksiya ilə qarşılanıb.
Referans Media xəbər verir ki, Kremlin açıqlamasında Trampın sözlərinə qarşı çıxaraq, Kubanın müstəqil bir dövlət olduğu vurğulayıb. Rusiya həmçinin, ABŞ-ın uzunmüddətli sanksiyalarına baxmayaraq Kubaya dəstək verməyə hazır olduğunu açıqlayaraq, iki ölkə arasındakı əməkdaşlığın davam edəcəyini bildirib.
Rusiya ilə yanaşı Çin də Kubaya dəstək addımı atıb. Günlərdir enerji kəsintiləri ilə üzləşən ölkədə Çin tərəfindən 5 min günəş enerjisi sistemi quraşdırılmağa başlanıb.Bu təşəbbüs Kubanın enerji böhranını aradan qaldırmağı və xüsusilə vacib sektorlarda elektrik enerjisi təchizatını gücləndirməyi hədəfləyir.
Trampın açıqlamaları ABŞ-Kuba münasibətlərini daha da gərginləşdirərkən, Rusiya və Çinin müdaxiləsi böhranın qlobal səviyyəyə çıxma ehtimalını artırır. Ekspertlər qeyd edirlər ki, Kubanın strateji mövqeyi onu böyük dövlətlər arasında yeni geosiyasi rəqabət meydanına çevirə bilər.
ABŞ-ın embarqosu və neft tədarükündəki fasilələr səbəbindən Kubadakı enerji böhranı daha da pisləşir. Ölkə daxilində uzun müddət davam edən elektrik kəsintiləri gündəlik həyata mənfi təsir göstərir, istehsalda və vacib xidmətlərdə ciddi fasilələrə səbəb olur. Bu vəziyyət beynəlxalq yardımın vacibliyini vurğulayır və Rusiyanın və Çin-in dəstəyi isə Küba üçün strateji baxımdan kritik əhəmiyyət daşıyır.
