Tramp Meksikanı hədələdi: rüsum tətbiq edəcəyik

ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika aralarındakı razılaşmaya əsasən su axınını buraxmalıdır. Əks halda Meksikadan idxala 5 faizlik tarif tətbiq olunacaq.

Referans Media xəbər verir ki, Tramp Meksikanın hərtərəfli su sazişini pozduğunu bildirib. Bunun Texasda kənd təsərrüfatı məhsulları və heyvandarlığa ciddi ziyan vurduğunu deyib.

Tramp Meksikanın bu tələbə cavab verməməsinin ABŞ fermerlərinə qarşı ədalətsizlik olduğunu qeyd edib:

“Ona görə də mən sənədləri təsdiq etmişəm ki, bu su dərhal buraxılmasa, Meksikaya 5 faizlik rüsum qoyulsun. Meksika suyun buraxılmasını nə qədər gecikdirsə, fermerlərimiz bir o qədər çox əziyyət çəkəcək. Meksika bu məsələni dərhal həll etmək öhdəliyi daşıyır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki