ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən narazı olduğunu açıqlayıb və Moskvaya cavab olaraq “Kiçik bir sürpriz” göndərəcəyini bildirib.
Bu barədə onun çıxışı Ağ Evin “Youtube” kanalında yayımlanıb.
Tramp Putindən narazı olduğunu xüsusi vurğulayıb. Jurnalistlərdən biri bu kontekstdə hansı addımları atmağı planlaşdırdığını soruşduqda, o, təfərrüat verməkdən imtina edib.
“Bir az sürpriz etmək istəmirik?” – deyə Tramp jurnalistlərə müraciətlə əlavə edib.
ABŞ lideri narazılığını Putinin ilk baxışda mehriban görünsə də, əslində boş və mənasız sözlər söyləməsi ilə əsaslandırıb./Globalinfo.az