Tramp Putinlə bu şəhərdə YENİDƏN GÖRÜŞƏCƏK

  ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda daha bir təkbətək görüş keçirəcək.

Referans xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Amerikalı lider Rusiya prezidenti ilə telefon danışığından sonra bildirib ki, Yaxın Şərqdəki münaqişənin həlli Ukrayna ilə bağlı danışıqlara müsbət təsir göstərə bilər.

Məlumata görə, Tramp və Putinin yeni görüşü Budapeştdə baş tutacaq.

İki siyasətçi arasında söhbət Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçüncü görüşündən əvvəl baş verib.

Məlumata görə, Zelenskinin administrasiyası Vaşinqtona bir sıra təkliflər təqdim edib. Bu təkliflər Trampı Ukraynaya hava hücumundan müdafiə raketləri və uzaqmənzilli sursatlar göndərməyə təşviq etməyə yönəlib.

Bir neçə gün əvvəl “Financial Times” yazmışdı ki, ABŞ Kiyevə 50-yə qədər “Tomahawk” raketi göndərə bilər. Bununla belə, qeyd olunurdu ki, bu addım münaqişənin gedişatına həlledici təsir göstərməyəcək. /publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki