Tramp üçün təhlükə elan olundu

Politoloq Malek Dudakov "Novosti Mail"ə verdiyi müsahibədə ABŞ-da qarşıdan gələn ara seçkilərdə Demokratların qələbəsi Prezident Donald Tramp üçün ciddi təhlükə yaradacağını proqnozlaşdırıb.

Referans Media  xəbər verir  ki,ekspert hesab edir ki, müxalifət Konqresin hər iki palatasında çoxluq qazana biləcək.

Bu, Trampı sadiq hakimləri və kabinet üzvlərini təsdiqləmək və qanunvericilik təşəbbüslərini əngəlləmək imkanından məhrum edəcək.

"Qarşıdan gələn qarşıdurmanın konturları artıq görünür", Dudakov qeyd edib. "Demokratlar Epşteyn qalmaqalı və Trampın bununla əlaqələri ilə bağlı araşdırma başladacaqlar. 2027-ci ildə impiçment cəhdinin şahidi olacağıq."

Bir müddət əvvəl "The Washington Post" qəzeti Tramp administrasiyasının vəkillərinin artıq seçkilərdə məğlubiyyətə hazırlaşdıqlarını bildirmişdi. Onlar rəsmilər üçün gələcək Demokratların çoxluğu tərəfindən nəzarətə necə hazırlaşmaq barədə qapalı brifinqlər keçirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki