Tramp: “Ukrayna artıq ərazisinin bir hissəsini itirib”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ukrayna artıq ərazilərinin bir hissəsini itirib.

“Referans MEDİA” bildirir ki, jurnalistlərin Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin Kiyevin mümkün ərazi güzəştləri ilə bağlı olub-olmaması barədə sualına cavab verən Tramp deyib: “Düzünü desəm, onlar artıq əraziləri itiriblər. Yəni həmin torpaqlar faktiki olaraq artıq əldən çıxıb.”

Tramp əlavə edib ki, ABŞ bu məsələdə Avropa ilə birgə çalışır: “Biz Avropa ilə birlikdə işləyirik. Avropa bu prosesdə mühüm rol oynayacaq. Məqsədimiz təhlükəsizlik zəmanətləri üzərində razılıq əldə etməkdir ki, müharibə yenidən alovlanmasın.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki