ABŞ Prezidenti Donald Tramp hələ Venesuelaya qarşı hərbi hücum barədə qərar verməyib.
Bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
“Hazırda prezident Venesuelaya qarşı quru əməliyyatına başlayıb-başlamayacağına qərar verməyib. ABŞ, göstərilən təzyiqin Prezident Nikolas Maduronu birbaşa müdaxilə olmadan istefaya vadar edəcəyinə inanır. Ona görə də, Vaşinqton bölgədəki hərbi mövcudluğunu artırır”, – deyə nəşr yazıb.//Globalinfo.az
