ABŞ prezidenti Donald Tramp istehsal prosesləri üçün lazım olan avadanlıq və yarımkeçiricilər də daxil olmaqla bir sıra malların idxalına 25 faizlik tarif tətbiq edib.
Referans Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilib.
Prezident Tramp tarifləri ABŞ dövlətinin milli təhlükəsizliyini təmin etmək üçün tətbiq etdiyini açıqlayıb.
Qeyd edək ki, istisna hal Birləşmiş Ştatlar çiplərinin istehsalında, məlumat mərkəzlərində, tədqiqatlarda, startap layihələrində və mülki sənaye tətbiqlərində istifadə üçün xarici ölkələrdən tədarük edilən yarımkeçiricilərə tətbiq olunacaq.
Məlumatda həmçinin bildirilib ki, ABŞ-ın sənaye potensialı milli müdafiə ehtiyaclarını və kommersiya sektorunun artan tələblərini tam ödəmək üçün kifayət deyil.























