Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgərinin göndərilməsi ilə bağlı qərar qəbul etdiklərini açıqlayıb. ABŞ lideri bu addımın Karol Nawrocki ilə yaxın münasibətlər çərçivəsində atıldığını bildirib.
Referans Media xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada Polşa ilə strateji tərəfdaşlığın gücləndiyini vurğulayaraq, ölkəyə yeni hərbi qüvvələrin yerləşdiriləcəyini qeyd edib. Bu qərar ABŞ prezidentinin daha əvvəl Avropadakı hərbi kontingentin azaldılması ilə bağlı səsləndirdiyi fikirlərdən sonra diqqət çəkib.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Polşa və Almaniyadakı Amerika hərbçilərinin sayının azaldılmasını nəzərdən keçirdiyini açıqlamışdı. Lakin son qərar Vaşinqtonun regiondakı təhlükəsizlik siyasətində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri artırıb.
Məsələ ilə bağlı bir neçə gün əvvəl açıqlama verən Cey De Vens isə ABŞ ordusunun Avropadan tam çıxarılmasının gündəmdə olmadığını bildirib. O qeyd edib ki, əsas məqsəd Amerika təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün resursların yenidən bölüşdürülməsidir.
