Trampdan Üçüncü Dünya müharibəsi anonsu

“Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə çevrilə bilər”.

Referans Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib.

“Bu, nəzarətdən çıxmadıqca ABŞ-a təsir etmir. Belə şeylər Üçüncü Dünya müharibəsi ilə başa çatır. O biri gün demişdim ki, əgər hamı bu oyunları oynamağa davam etsə, siz də Üçüncü Dünya müharibəsinin ortasında qalacaqsınız”, – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, ABŞ hadisələrin belə inkişafını istəmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki